Moskvada Aya uçuşu imitasiya etmək üçün heyəti təcrid etmək təcrübəsi başlayıb.
Məlumata görə, bu məqsədlə altı kosmonavt bir il ərzində xüsusi kapsulda kilidlənib.
Layihənin əsas məqsədi uzunmüddətli kosmik uçuşlar zamanı insan məkanının məhdudlaşdırılması ilə bağlı tibbi, bioloji və psixoloji problemləri öyrənməkdir. Xüsusilə qəzaya səbəb ola biləcək, həyat və sağlamlıq üçün təhlükə yaratmaq ehtimalı olan müxtəlif növ texniki nasazlıqların baş verməsinə heyətin reaksiyasına çox diqqət yetiriləcək.
Mənbə: Kp.ru
www.102info.az