Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatının Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik Şöbəsinin əməkdaşları xidməti vəzifələrinin icrası zamanı çarxlı konkilərin imkanlarından istifadə edəcəklər.
“Taliban” nümayəndələri belə qənaətə gəliblər ki, çarxlı konkilərin patrulların işini asanlaşdıracaq və bu vasitə şübhəli şəxslərin yaxalanması üçün daha effektivdir.
Məlumat üçün əlavə edək ki, eyni təcrübə Əfqanıstandan əvvəl qonşu Pakistanda həyata keçirilib. Kəraçi polisi 2021-ci ildən etibarən qanunu pozan şəxslərin saxlanılması zamanı belə konkilərdən yararlanır.
Mənbə: Sputnik Əfqanıstan
www.102info.az