Ermənistanın xarici işlər naziri Brüsselə gedib

Dünya


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfərə gedib.

Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Ararat Mirzoyan Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 15-ci illik assambleyasında iştirak edəcək.

Səfər zamanı digər görüşlərin də keçirilməsi planlaşdırılır.

www.102info.az