Çin sədri Si Cinpinin gəlişi ilə əlaqədar San-Fransiskoda (ABŞ) ajiotaj yaranıb. Minlərlə çinli Çin Xalq Respublikasının (ÇXR) liderini görmək üçün şəhərə toplaşıb.
Qeyd edək ki, ÇXR sədri son altı ildə ilk dəfə ABŞ-yə gəlib. Təkcə qəbul zalları deyil, bütün şəhər görüşə hazırlaşılıb: küçələr yuyulub, qrafitlərlə bəzədilib, evsizlər və narkomanlar şəhərdən kənarlaşdırılıb.
Bu gün Çin sədri Si Cinpinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşü planlaşdırılıb.
Mənbə: Ura.ru
www.102info.az