“Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirakdan imtina etməsi və İrəvana Qərb silahlarının tədarükü “eyni zəncirin halqalarıdır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə NEWS.ru-nun sualını cavablandırarkən deyib.
Onun fikrincə, “iki stulda oturmaq” heç kimə xeyir verməyib.
“Biz Ermənistan rəhbərliyinin son bəyanatlarını və addımlarını, o cümlədən baş nazir Nikol Paşinyanın KTMT Kollektiv Təhlükəsizlik Şurasının Minskdə keçiriləcək sessiyasında iştirakdan imtinasını, cənab Qriqoryanın (Ermənistan Təhlükəsizlik Şurasının katibi – red.) “Avropa inteqrasiyası” və ya “bloklara qoşulmayan Ermənistan” barədə bəyanatlarını, respublikaya Qərb silahlarının tədarükünün genişləndirilməsi, İrəvanın Kiyev rejimi ilə qəfil “dostluğu”nu bir zəncirin halqaları kimi nəzərdən keçiririk”, – Zaxarova bildirib.
O, bu cür hərəkətlərin Ermənistanın əsarətə düşməsinə səbəb ola biləcəyini vurğulayıb.
www.102info.az