İranın 60%-ə qədər zənginləşdirilmiş uranı var və bu, sonrakı zənginləşdirmə ilə üç atom bombası yaratmaq üçün kifayət edər.
Bu barədə “Reuters” Beynəlxalq Atom Enerjisi Agentliyinin məxfi hesabatına istinadən məlumat yayıb.
MAQATE təsnifatına görə, silah istehsal etmək üçün uranın 90%-ə qədər zənginləşdirilməsi lazımdır və atom bombası üçün təxminən 42 kq material “nəzəri cəhətdən kifayətdir”.
“Reuters” agentliyinin məlumatına görə, bu ilin sentyabrından İranda 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatları 128,3 kq-a yüksəlib.
Mənbə: TASS
www.102info.az