Qəzzaya daha 128 yardım maşınının daxil olub

Dünya


Beynəlxalq yardım daşıyan ən azı 128 yük maşını iki gün ərzində Qəzza zolağına daxil olub.

Bu barədə İsrail Hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərinin Koordinasiyası İdarəsi məlumat yayıb.

“Noyabrın 14-də Qəzzaya 108 yük maşını daxil olub. Daha sonra noyabrın 15-də “UNRWA (Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi) yük maşınlarına yanacaq doldurulduqdan sonra beynəlxalq humanitar yardım daşıyan 20 yük maşını Qəzzaya daxil olub”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Qəzza zolağına humanitar yardımın çatdırılması Yaxın Şərqdə münaqişənin gərginləşməsindən iki həftə sonra oktyabrın 21-də başlayıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir