Güney Azərbaycanda daha bir tarixi kompleks baxımsızlığa görə məhv olur.
Bu barədə “Azad İran” “Telegram” kanalı kadrlar təqdim edib.
Görüntülərdə Təbriz şəhərində yerləşən “Seyidabad” və ya “Həsən Şah” meydanı kimi tanınan 600 illik tarixi kompleksin dağıdılaraq zibilliyə çevrilməsi əks olunub.
Məlumata görə, kompleksin tarixi Ağqoyunlu hökmdarı Uzun Həsən və oğlu Sultan Yaqubun hakimiyyəti dövrünə təsadüf edir. Bu kompleks Pəhləvilər dövründə küçə salınması üçün iki hissəyə bölünüb və əsas hissəsi dağıdılıb. İndi isə zibilliyə çevrilib.
Xatırladaq ki, bir müddət öncə Xoy şəhərində yerləşən Şəms Təbrizi məqbərəsinin acınacaqlı vəziyyəti barədə xəbər vermişdik.
www.102info.az