AVRO-2024: Dörd komanda bu gün final mərhələsinə vəsiqə qazana bilər

Dünya


AVRO-2024-ün seçmə mərhələsində IX tur davam edir.

Oxu.Az xəbər verir ki, bu gün daha 3 qrupda 7 oyun keçiriləcək.

E qrupunda Albaniya və Çexiya rəqiblərini məğlub etsələr, final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəklər.

H qrupunda Danimarka – Sloveniya matçının qalibinin Almaniyada təşkil olunacaq Avropa çempionatında iştirakı dəqiqləşəcək. Bu qarşılaşma, eləcə də, Qazaxıstan – San Marino görüşü heç-heçə nəticələnsə, o zaman həm Sloveniya, həm də Danimarka vəsiqə qazananlar sırasına qoşulacaqlar.

C qrupunda isə İngiltərə final mərhələsində iştirakını öncədən təmin edib.

AVRO-2024, seçmə mərhələ

IX tur

17 noyabr

C qrupu

23:45. İngiltərə – Malta

23:45. İtaliya – Şimali Makedoniya

Xal durumu: İngiltərə – 16, Ukrayna – 13, İtaliya – 10, Şimali Makedoniya – 7, Malta – 0.

E qrupu

21:00. Moldova – Albaniya

23:45. Polşa – Çexiya

Xal durumu: Albaniya – 13, Çexiya – 11, Polşa – 10, Moldova – 9, Farer adaları – 1.

H qrupu

19:00. Qazaxıstan – San Marino

21:00. Finlandiya – Şimali İrlandiya

23:45. Danimarka – Sloveniya

Xal durumu: Sloveniya – 19, Danimarka – 19, Qazaxıstan – 15, Finlandiya – 12, Şimali İrlandiya – 6, San Marino – 0.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir