“Amerika Birləşmiş Ştatlarında son dərəcə güclü erməni lobbisi var. Erməni lobbisinin ortaya qoyduğu təsirlə 1915-ci il hadisələrini “soyqırımı” kimi də qəbul etdiriblər. Lobbinin siyasi baxımdan Amerikada təsirini görürük. Onlar Ermənistan vasitəsi ilə Azərbaycan üzərindən Cənubi Qafqazda təsir imkanları yaratmağa çalışırlar”.
Bu fikirləri Bizim.media-ya açıqlamasında Türkiyənin terrorla mübarizə və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.
O, Azərbaycanın regionda yaratdığı yeni reallıqların ABŞ kimi bir çox ölkələr tərəfindən qəbul edilmədiyinə diqqət çəkərək, Bakıya qarşı aqressiyaya səbəbin yeni gücün yaranması olduğunu bildirib:
“Rusiya ilə Ermənistan arasında yaşanan gərginlik fonunda Ermənistan üzərindən siyasi strategiya yaradılır. ABŞ Türkiyə ilə Azərbaycanın əməkdaşlığı, Zəngəzur dəhlizi, türk dünyasının yüksəlişi – bütün bunlara öz nəzarəti altında olduğu təqdirdə icazə verməyi düşünür. Bu gün Türkiyə və Azərbaycanın ortaya qoyduğu strateji layihələr bir çoxlarını xüsusi ehtiyat tədbirləri görməyə məcbur edir.
Siyasi, coğrafi səbəblər də işin bu nöqtəyə gəlməsinə şərait yaradır.
Lakin onlar reallıqları qəbul etmək məcburiyyətində qalacaqlar. Onsuz da, 30 il ərzində keçmiş Minsk qrupundakı vasitəçilər barmaqlarını belə tərpətmədilər. Niyə? Çünki proseslər onların istədikləri kimi gedirdi. Nə vaxt ki Azərbaycan haqqı olanı aldı, əlbəttə ki, gedişlər dəyişdiyi üçün başqa birilərini oyuna daxil etdilər. Lakin hər şeyə rəğmən, reallıqlarımızı gec, ya da tez qəbul etmək məcburiyyətində qalacaqlar”, – deyə A.Ağar əlavə edib.
www.102info.az