Özbəkistanda hərbi helikopter qəzaya uğradı: Ölənlər var

Dünya


Özbəkistanın Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopteri Səmərqənd vilayətindəki Kattakurqan poliqonunda təlim uçuşu zamanı qəzaya uğrayıb.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində ekipaj üzvləri həlak olublar. Qəzanın səbəblərini müəyyən etmək üçün xüsusi komissiya işləyir.

Qeyd edək ki, Kattakurqan poliqonu Özbəkistanda 2019-cu ilin noyabrında açılmış ən böyük hərbi poliqondur.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir