İspaniyanın “Real Madrid” klubunun heyətində yer alan və ard-arda üç dəfə zədələnən türkiyəli futbolçu Arda Gülerin yanvarda “Fənərbağça”ya icarəyə veriləcəyi iddia edilirdi.
Lakin İspaniya mətbuatında çıxan xəbərlərə görə, “Real Madrid” bu təklifi rədd edib.
“Real Madrid” nadir rastlanan potensiala sahib olan Arda Gülerə inamını itirməyib. Bir çox fiziki problem səbəbindən hələ oynaya bilməsə də, klub futbolçudan imtina etmək istəyində deyil.
Gələcəyin “Real Madrid”inin əsas parçalarından biri olaraq qiymətləndirilən Arda Gülerin getməsinə klubun prezidenti Florentino Perez şəxsən mane olub.
İspaniya nəhəngində toxunulmazlıq statusuna malik olan Arda Güler qəti şəkildə komandadan göndərilməyəcək. Hazırda ondan gözlənilən tək şey həkimlər qrupunun göstərişlərinə əməl edərək sağalması və “Real Madrid” forması ilə çıxacağı ilk oyundan əvvəl 100 faiz hazır olmasıdır.
Qeyd edək ki, “Fənərbağça”nın Ardanın maaşını qarşılamaqla yanaşı “Real Madrid”ə bir milyon avroluq kirayə haqqı da təklif etdiyi və bu məbləğin klub üçün çox cəlbedici olacağı irəli sürülürdü.
Arda Güler isə başqa komandaya icarəyə verilmək istəmədiyini müqaviləni imzaladığı gün açıq-aydın bildirmişdi. “Barselona” əvəzinə “Real”ı seçməsinin əsas səbəbi də bu idi.
Mənbə: Haber Global
www.102info.az