“Türkiyə hesab edir ki, İsraillə diplomatik əlaqələrin kəsilməsi ilə bağlı qərarlar kollektiv xarakter daşımalıdır”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
“Biz İsraillə münasibətləri kəsmək məsələsini nəzərdən keçirdik, lakin hesab edirik ki, bu, digər müsəlman ölkələrinin də iştirakı ilə kollektiv qərar olmalıdır. Vaşinqtonun İsrailə mütləq dəstəyi və onun daimi atəşkəsdən imtina etməsi ilə razılaşmırıq. Əgər ABŞ İsraili davamlı qətllər və bombardmanlarla dəstəkləməyə davam edərsə, bu, qlobal böhran yaradacaq. Biz atəşkəs əldə olunana qədər Qəzza zolağında müharibədən sonrakı vəziyyət haqqında danışmaqdan imtina edirik”, – deyə H.Fidan bildirib.
www.102info.az