Bazar günü polis İstanbulda keçirdiyi əməliyyat zamanı beynəlxalq narkotik kartelinin Qərbi Balkanlar qanadının liderlərindən birini saxlayıb.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya məlumat verib.
“İnterpol”, bir sıra Avropa ölkələri və Braziliya tərəfindən axtarışda olan Xorvatiya vətəndaşı Kristian Paliç “Kartel 3” əməliyyatı çərçivəsində İstanbulun Beşiktaş ərazisində saxlanılıb. Onun üzvü olduğu mütəşəkkil cinayətkar qrup digər cinayətkarlarla əlaqələr qurub. Təşkilatlar Cənubi Amerikada fəaliyyət göstərir və Avropaya kokain tədarükündə və narkotik qaçaqmalçılığından əldə edilən pulların yuyulmasında mühüm rol oynayır”, – nazir “X” sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.
Qeyd edək ki, bu, Türkiyə polisinin həftəsonu İstanbulda beynəlxalq narkotik ticarətinə qarşı həyata keçirdiyi ikinci böyük əməliyyatdır. Şənbə günü qruplaşmanın lideri, xorvatiyalı Nenad Petrak saxlanılıb. Onun mütəşəkkil cinayətkar qruplaşması doqquz ölkədə fəaliyyət göstərir və Cənubi Amerikadan Avropaya narkotik qaçaqmalçılığı ilə məşğuldur.
İstanbul’da düzenlenen “KARTEL-3” Operasyonuyla, İnterpol tarafından
🟦Mavi Bültenle aranan Uluslararası Uyuşturucu Kartelinin “Batı Balkan Kanadı” yöneticilerinden Christijan PALIČ Beşiktaş’ta yakalandı❗️Aziz Milletimiz bilmesini isterim ki; Türkiye’mizi ulusal ve… pic.twitter.com/nZnbuIKxYA
— Ali Yerlikaya (@AliYerlikaya) November 19, 2023
www.102info.az