Belarusda yenidən kartofa abidə ucaldılıb – FOTO

Dünya


Belarusun Bobruysk vilayətində kartofa abidə ucaldılıb.

Verilən məlumata görə, tədbir Kənd Təsərrüfatı və Emal Sənayesi İşçiləri Gününə həsr edilib. Bolşıye Bortniki aqroşəhərciyindəki kartof anbarının yaxınlığında kartofla dolu səbəti əks etdirən kiçik bürünc heykəl yerləşdirilib. Abidə hər bir belaruslunun süfrəsindəki əsas tərəvəzi – kartofu təmsil edir.

Qeyd edək ki, bu, ölkədə kartofa həsr olunmuş ilk abidə deyil. 2021-ci ildə Belarusun Uzdenski rayonunda da kartofa həsr olunmuş heykəl quraşdırılıb və bu, sonradan internetdə birmənalı olmayan reaksiyaya səbəb olub.

Mənbə: tribunapracy.by

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir