“Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Qavi zədə səbəbindən 6-8 ay yaşıl futboldan kənarda qalma riski ilə üzləşib.
Məlumata görə, Qavi 2024-cü ildə keçiriləcək Avropa çempionatını və Olimpiadanı buraxa bilər.
Oyunçunun Avro-2024-ün seçmə mərhələsində Gürcüstanla matçda (3:1) çarpaz bağı yırtılıb. O, matçın 26-cı dəqiqəsində dizindəki ağrılar səbəbindən meydanı tərk etməli olub.
Qeyd edək ki, Qavi bu mövsüm “Barselona”nın heyətində 15 oyun keçirib, iki qol vurub və məhsuldar ötürmə edib.
Mənbə: sport-express.ru
www.102info.az