Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirinin Cənubi Qafqaza səfəri başlayır

Dünya


Bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa regionu üzrə Dövlət naziri Leo Dokerti Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək.

Bu barədə Böyük Britaniyanın Ermənistandakı səfirliyi xəbər yayıb.

Məlumata görə, nazirin Ermənistan, Gürcüstan və Azərbaycana səfəri zamanı Böyük Britaniyanın suverenlik və təhlükəsizliyə sarsılmaz dəstəyini vurğulaması planlaşdırılır.

O, uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında birbaşa danışıqlara ehtiyac olduğunu qeyd edəcək. Bundan başqa, Ermənistan və Gürcüstanda demokratik islahatlar və Azərbaycanın bərpa olunan enerjiyə keçidinin təşviqinin müzakirəsi gözlənilir.

Nazir, həmçinin, bu ilin əvvəlində hər üç ölkə ilə rəsmi Strateji Dialoqlara əsaslanaraq, iqtisadiyyatları şaxələndirmək və Avropanın Rusiyadan asılılığını azaltmaq üçün Böyük Britaniyanın artan ticarət və təhlükəsizlik əməkdaşlığı təklifini genişləndirəcək.

Qeyd edək ki, Böyük Britaniya Azərbaycana minatəmizləmə dəstəyi göstərən ilk ölkələrdən biri olub –  dünya üzrə qabaqcıl avadanlıq təqdim edib və yerli hakimiyyət orqanlarına minalardan təmizləmə təlimləri keçirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir