“Misir son illər qadın hüquqları sahəsində böyük irəliləyişlər əldə edib”.
“Report” xəbər verir ki, bunu Misir Qadın məsələləri üzrə Milli Şurasının beynəlxalq əməkdaşlıq şöbəsinin meneceri Mona Abdalla Mohamed Salem noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.
“Ölkəmizdə gender bərabərliyi və qadın hüquqları məsələsində böyük müsbət dəyişikliklər müşahidə olunur. Hazırda Misirdə müxtəlif dövlət qurumlarında çalışanların təxminən 25%-i qadınlar olduğu halda, qeyri-hökumət təşkilatlarında bu rəqəm 40%-dir. Bundan əlavə, qadınlar ölkənin səhiyyə, rəqəmsallaşma və hətta elektronlaşdırılması sahəsində aparıcı rol oynayırlar. Biz, həmçinin, qadın zorakılığının bütün mümkün formalarını aradan qaldırmaq üçün fəal işləyirik”, – o vurğulayıb.
www.102info.az