“Onun etdikləri ağlasığmazdır. Lakin o bizi bu cür oyunlara öyrəşdirib. Bu, inanılmazdır. Üstəlik, hücumun mərkəzində oynamır, əslində hər yerdə oynayır. O, əsl instinktiv qol vuran oyunçu deyil, amma qol vurur, ötürmələr edir, demək olar ki, hər şeyi bacarır”, – deyə Fransanın keçmiş hücumçusu və Fransa U-21-in baş məşqçisi Tyerri Anri həmyerlisi Kilian Mbappe haqqında bildirib.
“Çox, çox güclü olanda insanlar edə bilmədiklərinə, uğursuz olduğu məqamlara diqqət yetirirlər. Bəli, belədir, bizim ona qarşı tələblərimiz çoxdur. Bunu tez-tez deyirəm, amma yenə də təkrarlamaq istəyirəm: onun fransız olmasına sevinək. O, iki dəfə Dünya Kubokunun finalına çıxıb, onlardan birində het-trik edib. O artıq 300 qol vurub və cəmi 24 yaşı var”, – deyə Anri əlavə edib.
Anri vurğulayıb ki, həmişə inkişaf etmək olar:
“Amma 300 qol… bəziləri, hətta məşq vaxtı o qədər qol vura bilmir”.
Mənbə: kpiz.ru
www.102info.az