Türkiyə kəşfiyyatı azyaşlı uşaqları terror təşkilatına cəlb edən PKK qadın üzvünü zərərsizləşdirdi – FOTO

Dünya


Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının məsul şəxslərindən olan Gülsüme Doğanı zərərsizləşdirib.

Bu barədə Türkiyə Milli Kəşfiyyat Təşkilatından məlumat verilib.

PKK/KCK adına xərac toplayan və təşkilatı kadrla təmin edən “Jiyan Mardin” kod adlı Gülsüme Doğan İraqın şimalında Süleymaniyyə şəhərində zərərsizləşdirilib.

Gülsüme Doğan PKK/KCK-nın Süleymaniyyə və ətraf şəhərlərdə sosial sahə üzrə məsul şəxsi kimi fəaliyyət göstərib.

O, 2006-cı ildə PKK/KCK-nın heyətinə qatılıb. Gülsüme Doğanın təşkilatın yüksək səviyyəli rəhbərləri ilə yaxın təmasda olduğu, aldığı təlimatlar üzrə bölgə əhalisindən vergi adı altında zorla xərac topladığı və bu vəsaitlərdən də Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücumlar həyata keçirəcək kadrların təminatı üçün istifadə etdiyi, təşkilata logistik dəstək verdiyi müəyyən edilib.

PKK/KCK-nın yüksək səviyyəli rəhbərləri Gülsüme Doğana təşkilata yeni döyüşçülərin cəlb edilməsi üçün təlimat verib. Terrorçu bu təlimata əsasən, döyüşçülərin toplanması çərçivəsində yetkinlik yaşına çatmayan uşaqların da təşkilata cəlb edilməsi üçün səy göstərib.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı Gülsüme Doğanın zərərsizləşdirilməsi üçün xüsusi təlim keçmiş agentlərindən istifadə edib. Bölgə agentlərinin fəaliyyəti nəticəsində terrorçunun yeri aşkarlanıb və onu müşayiət edən digər terrorçularla birlikdə zərərsizləşdirilib.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir