Norveçdə təşkil edilən Dünya Pendir Festivalına ilk dəfə olaraq türkiyəli iştirakçı da qatılıb.
O, ölkəsini Balıkesir bölgəsinin məşhur “Kirli Xanım Pendir”i ilə təmsil edib.
Nəticədə münsiflər Türkiyədə hazırlanan bu pendiri bürünc mükafata layiq görüblər.
Türkiyəni festivalda təmsil edən Mehmet Özgü pendirin xüsusiyyətlərindən danışıb.
O qeyd edib ki, pendirin bu çeşidini sərin yerdə saxlamağa gərək yoxdur və uzun illər qaldıqca nəinki keyfiyyətini itirmir, əksinə daha da dadlı olur.
“Məhsulun tərkibindəki su və nəmi tam çıxardığından pendirin xarab olma ehtimalı qalmır”, – deyə o əlavə edib.
Mənbə: Haber Global
www.102info.az