“Polineziya Fransanın müstəmləkə siyasətinin nəticələri ilə mübarizəni hələ də davam etdirir”.
“Report” xəbər verir ki, bunu Fransa Polineziyasının BMT-dəki nümayəndəsi Karlayl Korbin noyabrın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda konfransda deyib.
“1844-cü ildən 1846-cı ilə qədər fransız müstəmləkəçiləri ilə müharibə davam edib. Sonra Fransa bu adaları zəbt edərək, öz hüquqlarını müəyyənləşdirib”, – deyə o bildirib.
K.Korbin qeyd edib ki, Polineziya xalqı da Fransanın nüvə sınaqlarından ciddi ziyan çəkib:
“Bu, nəsillər boyu davam edib. Nəticələr həm Polineziya xalqına, həm də ətraf mühitə təsir edib”.
www.102info.az