Zelenski Rusiya ilə danışıqlar ehtimalına dair qərarını bildirdi: “Döyüş meydanında indi çətindir…”

Dünya


Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin döyüş təmas xəttində çətin vəziyyətinə baxmayaraq, Rusiya ilə sülh danışıqlarına başlamaq ideyasını qəti şəkildə rədd edib.

“Döyüş meydanında indi çətindir? Bəli. Ancaq dostluq etmək və ya Rusiya ilə danışıqlar masasına oturmaq? Xeyr”, – deyə Zelenski “The Sun” qəzetinə müsahibəsində bildirib.

Ukrayna prezidenti hesab edir ki, Rusiya indi münaqişənin bitməsində maraqlı deyil, ona görə də “nəyin bahasına olursa-olsun” sülhün bağlanmasından danışmaq mümkünsüzdür.

Qeyd edək ki, daha əvvəl Amerika rəsmilərinə istinadən yayılan xəbərlərə görə, ABŞ və Avropa Rusiya ilə mümkün sülh danışıqları barədə Ukrayna ilə müzakirələr aparmağa başlayıb. Həmçinin kompromisin əldə edilməsi üçün Kiyevin nədən imtina etməli olduğu müzakirə mövzusudur. Amerika və Avropa rəsmiləri Moskva ilə sülh danışıqlarının mümkün nəticələri barədə Kiyevlə danışıblar. Bu söhbətlər zamanı Ukraynanın razılaşmanın əldə edilməsi üçün nədənsə imtina etməli olacağı məsələsi qaldırılıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir