Çexiya millisinin baş məşqçisi AVRO-2024-ə yüksəldikdən sonra istefa verdi

Dünya


Çexiya millisinin baş məşqçisi Yaroslav Şilqavi AVRO-2024-ə yüksəldikdən sonra postunu tərk edib.

Bu barədə komandanın saytında məlumat verilib.

“Xoşbəxt olmağımıza baxmayaraq matçdan əvvəl qərara gəldik ki, millidə işləməyə davam etməyəcəyik. Mən bu barədə Çexiya Futbol Assosiasiyasının prezidenti Petr Fousekunu məlumatlandırdım”, – deyə mütəxəssis bildirib.

O qeyd edib ki, səbəblərdən biri də böyük təzyiq olub.

Xatırladaq ki, noyabrın 20-də Çexiya futbolçuları 3:0 hesabı ilə Moldova yığmasını məğlub ediblər. Komanda E qrupunda ikinci yeri tutub və 2024-cü il Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanıb.

Mənbə: Lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir