“Müstəmləkəçiliyin nəticələri hələ də hiss olunur”.
“Report” xəbər verir ki, bunu Fransanın Gənc Kanaklar Hərəkatının sədri Deniel Vea Bakıda “Dekolonizasiya: Qadınların səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Biz müstəmləkəçiliklə bağlı qalıqların olduğu bir sistemdə yaşayırıq və bu üzücüdür. Buna görə də bu mövzunun belə platformalarda işıqlandırılması çox vacibdir”, – o deyib.
Qeyd edək ki, bu gün Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya: Qadınların səlahiyyətlərinin artırılması” mövzusunda tədbir keçirilir. Tədbirin əsas məqsədi 21-ci əsrdə davam edən neokolonializm siyasəti nəticəsində hələ də müstəmləkə altında olan ərazilərdə qadınların ağır vəziyyətinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir.
www.102info.az