İranda bir milyondan çox uşaq təhsili buraxmaq üzrədir.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, ölkədə uşaqların vəziyyəti ilə bağlı narahatedici açıqlamalar barədə İran Parlamentinin Araşdırmalar Mərkəzinin eksperti Hadi Musəvinik bəyan edib:
“1,5 milyon uşaq məktəbi tərk etmək ərəfəsindədir, 14 milyon uşaq isə minimum qidalanma imkanına sahib yoxsul ailələrdə yaşayır”, – deyə o, bildirib.
Musəvinik Təhsil Nazirliyinin statistik məlumatlarına istinadla bildirib ki, ölkədə təhsili buraxmış 450 min uşaq var. Onların təhsildən uzaqlaşmağa əsas səbəbi isə maddi çətinliklərdir.
www.102info.az