Mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koksa birgə müraciət ünvanlayıblar.
AZƏRTAC müraciəti təqdim edir:
“Biz – Ermənistanın və onun hərbi birləşmələrinin mina terrorundan əziyyət çəkən qurbanlar, onların ailə üzvləri, yaxınları, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq, Avropa Şurası Parlament Assambleyasının Prezidenti Tini Koksa, AŞPA deputatlarına açıq məktubla müraciət edirik. Biz bu günlərdə Bakıda səfərdə olmuş AŞPA-nın Azərbaycan üzrə məruzəçisinin Ermənistanın Azərbaycana qarşı mina müharibəsində zərər çəkmiş şəxslərlə, onların ailə üzvləri, mina problemi üzrə ixtisaslaşmış QHT-lərlə görüşlərdən imtina etməsini Avropa Şurası dəyərlərinin ələ salınması, insan hüquq və azadlıqlarına qarşı hörmətsizlik kimi qəbul edirik.
AŞPA kimi özünü insan hüquqları təsisatı adlandıran bir təşkilatın bəzi dövlətlərin, dairələrin əlində oyuncağa çevrilməsini qəti şəkildə pisləyirik. Azərbaycanın hazırda ən böyük problemi olan mina məsələsinə bu cür münasibət bəsləyən, bu barədə susan, mina qurbanları ilə görüşməyə üzü olmayan təşkilat xəcalət çəkməlidir.
AŞPA nümayəndələrinin bu davranışı Ermənistanın mina terroruna birbaşa dəstək olmaqla, iyrənc hərəkətdir.
Yaxın müddətə qədər işğaldan azad edilən ərazilərdə 1 milyondan artıq mina və partlamamış hərbi sursat olması ehtimal olunurdu. 2020-ci ildə 44 günlük müharibədən sonra da Ermənistan Laçın yolu ilə minalar daşıyaraq Azərbaycan ərazilərində basdırmaqda davam etdi. Biz unutmamışıq ki, Avropa Şurası Parlament Assambleyası buna etiraz etmək əvəzinə, Laçın yolunda Ermənistanın qanunsuz hərbi birləşmələrinin və yüklərinin Azərbaycan ərazilərinə maneəsiz keçidini, başqa dövlətin torpaqlarında terrorçuluq fəaliyyətini davam etdirməsini müdafiə etdi. 2023-cü il sentyabrın 19-20-də uğurlu antiterror tədbirləri nəticəsində nəzarətə götürülmüş ərazilərdə daha 500 mindən artıq mina və partlamamış sursat olduğu üzə çıxdı. Bu o deməkdir ki, son 3 ildə Azərbaycan ərazilərinin minalanması bir gün də olsun dayanmayıb, əksinə, daha da artıb. Mina ilə əlaqədar beynəlxalq hesabat sənədlərində Ermənistanın mina istehsal edən ölkələr siyahısına daxil etməsi bunun növbəti sübutudur. Dünyada Azərbaycan qədər mina ilə çirklənmiş ikinci ölkə tapmaq çətindir. Laçın yolu vasitəsilə Ermənistanın Azərbaycana mina daşımasını qızğın müdafiə edənlərdən biri elə indi Azərbaycana göndərdiyiniz Liz Kristoffersen idi.
Buna görə də mina qurbanları Avropa Şurasının bu utancverici münasibətindən, Azərbaycana qarşı ikili standartlarından təəccüblənmir. Ötən dövrdə Avropa Şurası Parlament Assambleyası bir dəfə də olsun üzv dövlət kimi Ermənistana Azərbaycan torpaqlarından hərbi birləşmələrini geri çəkməyə, mina xəritələrini təhvil verməyə çağırış etmədi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün ötən illər ərzində Avropa Şurası Parlament Assambleyasında kök salan islamofobiyanın, ksenofobiyanın, Azərbaycanafobiyanın, lobbi və korrupsiya şəbəkəsinin qurbanı oldu, onların insan hüquq və azadlıqları Fransada mənzillənmiş beynəlxalq təşkilatda heçə sayıldı.
Bizim müraciətimizdən sonra da Avropa Şurası Parlament Assambleyasının Prezidenti kimi siz buna susacaqsınızsa, daha insan hüquq və azadlıqlarından danışmağa mənəvi haqqınız olmamalıdır.
Bizi qəbul edin və dinləyin. Ermənistanın mina terrorundan necə əziyyət çəkdiyimizi, nələr itirdiyimizi, ailələrimizin, yaxınlarımızın əlilliyimizə görə hansı iztirablar içərisində olduğunu görün. Biz də insanıq, bizim də hüquqlarımız və arzularımız var. Əgər Avropa Şurası, Avropa Şurasının Parlament Assambleyası həqiqətən insan hüquqları təsisatıdırsa, bizi eşitmək, bizə kömək etmək onun əsas öhdəliyi olmalıdır.
İmzalar:
1. Rey Qasımov – “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri;
2. Hafiz Səfixanov – “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri;
3. Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti;
4. Minadan zərərçəkən Zabil Əlastan oğlu Məmmədov;
5. Minadan zərərçəkən Vidadi Vəli oğlu Məmmədzadə;
6. Minadan zərərçəkən Telman Bəbir oğlu Zeynalov;
7. Mina partlayışı nəticəsində həlak olan Yasin Ələsgər oğlu Əhmədovun ailə üzvü
Ələsgər Əziz oğlu Əhmədov;
8. Minadan zərərçəkən Asif Ələsgər oğlu Əhmədov;
9. Minadan zərərçəkən Asəf Mürsəl oğlu Xudiyev;
10. Minadan zərərçəkən Ramil Nazim oğlu Babayev;
11. Mina hadisəsi nəticəsində həlak olmuş Fəxrəddin Yaqub oğlu Yaqubovun ailə üzvü Elşən Yaqub oğlu Yaqubov;
12. Mina hadisəsi nəticəsində həlak olmuş Üzeyir Xəlil oğlu Qəhrəmanovun ailə üzvü Məhəmməd Xəlil oğlu Qəhrəmanov;
13. Mina hadisəsi nəticəsində həlak olmuş Şakir Məhərrəm oğlu Hacıyevun ailə üzvü Şəbnəm Şakir qızı Hacıyeva;
14. Mina hadisəsi nəticəsində həlak olmuş Firuddin Məhərrəm oğlu Hacıyevun ailə üzvü Tural Firuddin oğlu Qədimzadə;
15. Mina hadisəsi nəticəsində həlak olmuş Zülfüqar Adışirin oğlu Hüseynovun ailə üzvü Adışirin Zülfüqar oğlu Hüseynov;
16. Mina hadisəsi nəticəsində həlak olmuş Zibeydə Şakir qızı Adilzadəın ailə üzvü Samir Məhərrəm oğlu Səfərov;
17. Minadan zərərçəkən Toğrul Vilayət oğlu Əhmədov;
18. Minadan zərərçəkən Orxan Kamil oğlu Əhmədov;
19. Mina hadisəsi nəticəsində həlak olmuş Zabil Qabil oğlu Babayevun ailə üzvü Fədakar Qabil oğlu Babayev;
20. Minadan zərərçəkən Elgün Mahmud oğlu Ələkbərov;
21. Minadan zərərçəkən Elməddin Tofiq oğlu Mirzəyev;
22. Mina hadisəsi nəticəsində həlak olmuş Bəhruz Telman oğlu İmanovun ailə üzvü Azad Telman oğlu İmanov;
23. Minadan zərərçəkən Azad Aydın oğlu Muxtarov;
24. Mina hadisəsi nəticəsində həlak olmuş Mehman Allahverdi oğlu Quliyevin ailə üzvü Şahin Allahverdi oğlu Quliyev;
25. Mina partlayışı nəticəsində həlak olmuş Müstəqim Allahverən oğlu Ələsgərovun ailə üzvü Şaiq Müstəqim oğlu Ələsgərov;
26. Minadan zərərçəkən Niyaməddin Hikmət oğlu Verdiyev;
27. Minadan zərərçəkən Hafiz Səlim oğlu Əzimzadə;
28. Mina hadisəsi nəticəsində həlak olmuş Bayram Hüseynov və Razi Hüseynovun, o cümlədən xəsarət almış Anar Hüseynovun atası, minadan zərərçəkən Akif Muxtar oğlu Hüseynov;
29. Minadan zərərçəkən Emin Həsən oğlu Məmmədov;
30. Minadan zərərçəkən Arif Sabir oğlu Quliyev;
31. Mina hadisəsi nəticəsində həlak olmuş Sirac Abış oğlu Abışovun ailə üzvü Şirzad Abış oğlu Səmədov;
32. Mina hadisəsi nəticəsində həlak olmuş Məhərrəm Əli oğlu İbrahimovun ailə üzvü Əsgər Əli oğlu İbrahimov;
33. Minadan zərərçəkən Xanlar Fazil oğlu Aslanov;
34. Mina hadisəsi nəticəsində həlak olmuş Elsəvər Sovet oğlu Həmidovun ailə üzvü Faiq Sovet oğlu Həmidov;
35. Minadan zərərçəkən Mahir Ramiz oğlu Əbilov;
36. Mina hadisəsi nəticəsində həlak olmuş Vüsal Firuddin oğlu Qəndiyevin ailə üzvü Firuddin İsmayıl oğlu Qəndiyev;
37. Minadan zərərçəkən Ruhin Sultan oğlu Vəliyev;
38. Minadan zərərçəkən Nicat Novruz oğlu Cabbarov;
39. Minadan zərərçəkən Rodik Şəmsəddin oğlu Pənahov;
40. Minadan zərərçəkən Sadir Heydər oğlu Əliyarov;
41. Minadan zərərçəkən Elnur Asif oğlu Əsgərov;
42. Mina hadisəsi nəticəsində həlak olmuş Oktay Bayram oğlu Alışovun ailə üzvü Nəsib Oktay oğlu Alışov;
43. Mina hadisəsi nəticəsində həlak olmuş Bəxtiyar Mahmud oğlu Mahmudovun ailə üzvü Şəhriyar Mahmud oğlu Mahmudov;
44. Minadan zərərçəkən Abdulla Novruz oğlu Qurbanov;
45. Minadan zərərçəkən Ruhin Ələddin oğlu Novruzov;
46. Minadan zərərçəkən Tamam Aslan qızı Cəfərova;
47. Minadan zərərçəkən Xəzər Tarıyel oğlu Babaşov;
48. Minadan zərərçəkən Abdulla Novruz oğlu Qurbanov;
49. Minadan zərərçəkən Abdulla Həmid oğlu Ələsgərov;
50. Minadan zərərçəkən Məsim Həsən oğlu Əsgərov;
51. Minadan zərərçəkən Sahib İsa oğlu Əliyev;
52. Minadan zərərçəkən Samir Sabiroviç Sadıxovun ailə üzvü Eldar Sabiroviç Sadıxov;
53. Minadan zərərçəkən Fərhad Hüseynağa oğlu Quliyevin ailə üzvü Famil Hüseynağa oğlu Quliyev;
54. Minadan zərərçəkən Zaməddin Qələndər oğlu Həsənov;
55. Minadan zərərçəkən Famil İlyas oğlu Əbilovun ailə üzvü Amil İlyas oğlu Əbilov;
56. Minadan zərərçəkən Elçin Xanbala oğlu Nurəliyevin ailə üzvü Əhmədağa Xanbala oğlu Nurəliyev;
57. Minadan zərərçəkən Əli Əlibaba oğlu Ağalarov;
58. Minadan zərərçəkən Asif Novruz oğlu Hüseynovun ailə üzvü Vüsal Asif oğlu Hüseynov”.
www.102info.az