Almaniyada yaşayan vəkil və Güney Azərbaycan İnsan Haqları Təşkilatının vitse-prezidenti Sina Yusifi İranın İnqilab Məhkəməsinin altıncı şöbəsi tərəfindən “hakimiyyət əleyhinə təbliğat aparmaq”da ittiham edilərək bir il müddətinə azadlıqdan məhrum olunub.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Qeyd edək ki, Sina Yusifi bundan əvvəl “İsfahan Evi” kimi tanınan məhkəmə işini aparan hakimin qanunsuz hərəkətləri barədə dəfələrlə məlumat verib. “Mən İsfahan İnqilab Prokurorluğu tərəfindən “hökumətə qarşı təbliğat aparmaq, ictimai rəyi çaşdırmaq” ittihamı ilə çağırılmışam”, – deyə vəkil sonuncu dəfə sosial şəbəkə hesabında yazıb.
www.102info.az