“Hizbullah” İsrail yaşayış məntəqələrinə raket atdı: İtkilər var

Dünya


“Hizbullah” partiyasının silahlı qanadının döyüşçüləri günorta saatlarında Livanla sərhəddə yerləşən yaşayış məntəqələri yaxınlığında İsrail hərbçilərinin mövqelərinə hücum ediblər.

Bu barədə qruplaşmanın “Telegram” kanalında paylaşılan hərbi hesabatında deyilir.

“İslami müqavimət hərəkatının mücahidləri İsrailin Qəzzada fələstinlilərə qarşı təcavüzünə cavab olaraq, düşmənin Zarit, Mitat və Yiftah qəsəbələrindəki atəş xətlərinə iriçaplı “Burkan” raketləri atıblar. Həmçinin İsrailin Ər-Rahəb, Əl-Bəyəd və Ramimdəki postlarına qarşı əməliyyatlar da həyata keçirilib”, – deyə məlumatda bildirilir.

“Hizbullah”ın döyüşçüləri birbaşa zərbələr nəticəsində İsrail əsgərlərinin itkilər verdiyini iddia edirlər.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir