Türkiyənin paytaxtı Ankara şəhərində qonşular arasında düşən dava beş nəfərin ölümünə səbəb olub.
Məlumata görə, Ankaranın Sincan rayonu Papatya küçəsində eyni evdə yaşayan qonşular arasında dava düşüb. 72 yaşlı kişi tüfənglə qonşularını – ikisi uşaq olmaqla eyni ailədən beş nəfəri güllələyib. Onlardan dördü hadisə yerində, biri xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, qonşular arasında dava, deyilənə görə, səs-küy üstündə düşüb. Əvvəllər də vaxtaşırı belə mübahisələrinin olduğu bildirilir.
Mənbə: ntv.com.tr
www.102info.az