Livanlı deputatın və “Hizbullah” təmsilçisinin oğlu İsrailin hücumunda həlak olub – VİDEO

Dünya


Livan parlamentinin üzvü Muhammad Raadın oğlu Abbas Muhammad Raada İsrailin endirdiyi zərbə nəticəsində həlak olub.

Qeyd olunur ki, Livanın cənubundakı Beyt Yahun kəndində İsrail raketləri evlərdən birini vurub.

Telekanalın məlumatına görə, Raadın oğlu da daxil olmaqla dörd nəfər həlak olub.

Muhammad Raada “Hizbullah”ın təmsilçisi və “Müqavimətə Sədaqət” fraksiyasının rəhbəridir.

Bundan əvvəl İsrail ordusu Livandakı “Hizbullah” hədəflərinə zərbələr endirdiyini açıqlayıb.

Mənbə: Al-Jadeed TV

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir