ABŞ-nin Nyu-York şəhərinin meri Erik Adams qadına qarşı cinsi təcavüzdə ittiham olunub.
İddia noyabrın 22-də Ali Məhkəməyə verilib. Mer, tranzit bürosu və Nyu-York Polis Departamentinin Qəyyumlar Assosiasiyası təqsirləndirilən şəxslər kimi göstərilir. Sənədə əsasən qadın hər ikisi Nyu-Yorkda işləyərkən – 1993-cü ildə Adams tərəfindən zorakılığa məruz qalıb. Zərərçəkmiş məhkəmənin keçirilməsini və beş milyon dollar məbləğində təzminat tələb edir.
Qeyd edək ki, Erik Adamsın 63 yaşı var. O, Nyu-York şəhərində polis zabiti olub, kapitan rütbəsinə yüksəlib, sonra isə siyasətə keçib. Adams Nyu-York ştatının senatoru və Bruklin rayonunun prezidenti vəzifələrində işləyib. 2022-ci il yanvarın 1-də mer vəzifəsinin icrasına başlayıb.
Mənbə: Associated Press
www.102info.az