Metyu Brayza: “Heydər Əliyevin strategiyası cəsarət tələb edirdi”

Dünya


“Heydər Əliyevin sayəsində Azərbaycan Respublikasının (AR) neft-qaz sektorunda sürətlə dirçəliş baş verdi ki, bu da öz növbəsində suverenliyin və müstəqilliyin bərpasına təsirini göstərdi”.

Bunu Oxu.Az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Metyu Brayza deyib.

Brayzanın sözlərinə görə, bu, onunla bağlıdır ki, məhz bu sahədən ölkəmiz iqtisadiyyatın transformasiyası və həyat səviyyəsinin yüksəldilməsi üçün vəsait əldə edə bilirdi.

“Ümummilli liderin hakimiyyətə gəldiyi dövr qarışıq dövr idi. Birinci Qarabağ müharibəsi hələ də davam edirdi. Bundan başqa, sovet rejiminin yaratdığı sistemin dağılması ilə əlaqədar neft-qaz sektorunda da tənəzzül müşahidə olunurdu.

Bunlar elə çətin şərtlər idi ki, hər kəs özünü sübut edə bilməzdi. Bununla belə, o, regionda yalnız bir neçə liderin düşündüyünü başa düşdü – əgər ölkənin iqtisadi gücünü bərpa etmək istəyirsənsə, xarici investisiya lazımdır, yəni risk tolerantlığı ən yüksək olan şirkətlər lazımdır”, – deyə diplomat əlavə edib.

M.Brayza qeyd edib ki, Heydər Əliyev Rusiya, ABŞ, İran və Böyük Britaniyadan şirkətləri dəvət etməyə imkan verən strategiya formalaşdırmağa nail olub.

“O, bu investisiyaları Azərbaycanın bütün bu ölkələrlə yaxşı münasibətlər quracağı balanslaşdırılmış dövlət siyasəti yaratmaq üçün istifadə etdi.

Ümummilli liderin diqqət çəkdiyi ikinci mühüm məqam neftin və qazın nəqli üçün xarici şirkətlərin sərmayə qoyduğu boru kəmərlərinin yaradılması idi.

Yuxarıda göstərilənlərin hamısı güclü strateji baxış və cəsarət tələb edirdi. Heydər Əliyev Azərbaycanın neft və qaz ehtiyatlarının özəlləşdirilməsində maraqlı olan bir çox dövlətlərə qarşı çıxdı. Əvəzində Heydər Əliyev heç kimin gözləmədiyi bir iş gördü: dəstək istədi. O, həm tərəfdaşlıq etmək, həm də bu resurslardan ölkəsinin müstəqilliyi və birliyi naminə istifadə etmək istədiyini bildirdi..

Hesab edirəm ki, bu, hər bir azərbaycanlının fəxr etməli olduğu irsdir”, – deyə o vurğulayıb.

Rufina Abdullayeva

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir