Makron: “Fransada qadınlar pis rəftardan, təzyiq və zorakılıqdan əziyyət çəkirlər”

Dünya


Fransada qadınlar hər gün pis rəftardan, təzyiq və zorakılıqdan əziyyət çəkirlər.

Bunu Fransa Prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində yayımlanan videomüraciətində bildirib.

O, qadınlara qarşı zorakılığın kökünü kəsəcəyini vəd edib. Makron bildirib ki, Fransa hakimiyyəti qadınlara qarşı zorakılığın kökünü kəsməyi öz vəzifəsi hesab edir.

“Biz buna son qoya bilərik, son qoymalıyıq və qoyacağıq”, – dövlət başçısı Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü münasibətilə müraciətində deyib.

Makron etiraf edib ki, Fransa polisi 2022-ci ildə 244 min məişət zorakılığı hadisəsi qeydə alıb. Bu da beş il əvvəlkindən iki dəfə çoxdur.

Fransa lideri qadınlara kömək üçün görüləcək tədbirləri də sadalayıb. Onların arasında məişət zorakılığı törədənlərin siyahıya alınması, bu barədə məlumat bazasının yaradılması və çətin həyat vəziyyətində olan qurbanlara təzminatların ödənilməsi tədbirləri var.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir