Almaniyada sosioloji sorğuda iştirak edənlərin 73 faizi kansler Olaf Şolts hökumətinin işindən narazı olduqlarını bildiriblər.
Sorğunu “Insa” sosioloji institutu keçirib.
Qeyd olunub ki, əgər gələn bazar günü parlament seçkiləri keçirilsəydi, O.Şoltsun daxil olduğu Almaniya Sosial Demokrat Partiyası (SPD) cəmi 16 faiz, Azad Demokrat Partiyası (FDP) isə 6 faiz səs toplayacaqdı. Hakim partiyalar birlikdə səslərin cəmi 34 faizini toplaya bilərdilər. Bu Bundestaqa keçirilmiş son seçkilərin nəticələrindən 18 faiz azdır.
Almaniyada hakim koalisiyaya daxil olan “Birlik-90/yaşıllar” partiyasının populyarlıq reytinqi son beş ilin ən aşağı səviyyəsinə düşüb. Respondentlərin yalnız 12 faizi “yaşıllar”a səs verməyə hazırdır. Partiyanın reytinqi sonuncu dəfə 2018-ci ilin ortalarında bu səviyyədə olub.
Mənbə: Bild
www.102info.az