Dekabrın ilk günlərindən etibarən “Google” bir sıra xidmətlər üçün aktiv olmayan istifadəçi hesablarını silməyə başlayacaq.
Bu barədə şirkət öz bloqunda xəbərdarlıq edib.
Yeni qaydalar “Gmail” sahiblərinə, sənədlərin yaradılması xidmətinə, disk yaddaşına, “Meet” audio zəng və videokonfrans xidmətinə, təqvim planlaşdırıcısına, həmçinin fotoşəkillər hostinqinə təsir edəcək.
Son iki ildə öz hesablarına daxil olmayan istifadəçilər onlara girişi itirəcəklər.
“Google” bu tədbiri şirkətin serverlərində yerin boşaldılması və məlumatların təhlükəsizliyinin artırılması ilə izah edib.
www.102info.az