Makron Sarkozi və Le Pendən geriyə düşdü – SORĞU

Dünya


Fransızların əksəriyyəti imperator I Napoleon Bonapartın (1769-1821) öz ölkəsinin tarixindəki rolunu müsbət qiymətləndirirlər.

Bunu “Ifop” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.

“Fransızların əksəriyyəti imperatora rəğbət bəsləyir: 74% onun bir sıra tədbirlərini Fransa üçün faydalı hesab edir. 52% Napoleonun hərəkətlərinin Avropaya fayda verdiyinə inanır”, – tədqiqat müəllifləri qeyd ediblər.

Fransanın müasir siyasi xadimlərinə gəlincə, respondentlərin 25%-i respublikanın eks-prezidenti (2007-2012) Nikola Sarkozini və Milli Birlik partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Peni Napoleona yaxın hesab edir. Hazırkı dövlət başçısı Emmanuel Makron isə eyni reytinqdə 21% səs toplayıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir