Rusiyada Çelyabinsk traktor zavodunda güclü yanğın baş verib.
“Transformator partlayıb. Hadisə yerinə xilasedicilər gəliblər”, – mesajda deyilir.
Sakinlər hadisənin şəhərdə elektrik təchizatında problemlərə səbəb ola biləcəyindən narahatdırlar.
“Çelyabinsk Traktor Zavodunda baş verən partlayış və yanğın nəticəsində xəsarət alan olmayıb, müəssisə normal rejimdə fəaliyyətini davam etdirəcək”, – deyə zavodun mətbuat xidmətindən məlumat verilib.
Yanğının ilkin səbəbi qısaqapanma olub.
Qeyd edək ki, Böyük Vətən Müharibəsi illərində Çelyabinsk traktor zavodu KV-1 tankları istehsal edirdi.

Mənbə: gazeta.ru
www.102info.az