Azərbaycanın qadın karateçisi ilkə imza atıb

Dünya


Azərbaycan karateçisi Elşanə Rüstəmzadə kyokuşin-kan növündə ilkə imza atıb.

Azərbaycan Karate Federasiyasından verilən məlumata görə, təmsilçimiz dünya çempionatında böyüklər arasında medal qazanan ilk azərbaycanlı qadın karateçi kimi adını tarixə yazdırıb.

Qazaxıstanın Almatı şəhərində keçirilən yarışda mübarizə aparan Rüstəmzadə 50 kq çəki dərəcəsində bürünc mükafata yiyələnib.

Xatırladaq ki, bunadək 14-15 yaş qrupunda Nəzrin Hacıyeva (45 kq) mundialın qızıl medalını əldə edib. Milli komandamızın digər üzvü Cəmil Kazımlı (+65 kq) isə 3-cü yeri tutub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir