“İsrail və Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında humanitar atəşkəsin daha iki gün uzadılması barədə razılığa gəlib”.
Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yazıb.
“Qətər Dövləti davam edən vasitəçilik çərçivəsində Qəzza zolağında humanitar atəşkəsin daha iki gün uzadılmasına dair razılıq əldə olunduğunu elan edir”, – deyə Əl-Ənsari bildirib.
www.102info.az