“Yüksək intensiv əməliyyatı davam etdirmək üçün Kiyevə kifayət qədər hərbi texnika verilmir.”
Bu sözləri Çexiya Prezidenti Petr Pavel müsahibə zamanı deyib.
Pavelin fikrincə, Fransa-Britaniya “Storm Shadow” raketlərini alandan sonra Ukrayna ordusu Almaniyanın “Taurus”unu qəbul etməyi planlaşdırırdı, lakin Berlində hələ yekun qərar verilməyib.
“Bu, tədarükdə disbalans yaradır və Ukrayna tərəfindəki qeyri-müəyyənlik hərbi planlaşdırma üçün yaxşı əsas deyil”, – deyə prezident izah edib.
Müxbir Pavelə ilin sonuna qədər əldə edilən istənilən nəticənin danışıqlardan ötrü əsas olacağı barədə sözlərini xatırladıb və qeyd edib ki, hazırkı vəziyyət Kiyev üçün dialoqun yaxşı başlanğıcı kimi görünmür.
“Mən bu il Ukraynanın böyük əks-hücum üçün yalnız bir şansı olacağını nəzərdə tuturdum. Əks-hücumlar baha başa gəlir, əmək tutumlu və vaxt aparandır. Bir il ərzində iki və ya üç böyük hücumu həyata keçirmək mümkün deyil”, – deyə Çexiya lideri bildirib.
Pavelin sözlərinə görə, onun əsaslandırması Rusiyada, ABŞ-də və ola bilsin ki, Ukraynada gözlənilən prezident seçkiləri, eləcə də Ukrayna infrastrukturunun hələ də böyük ölçüdə məhv olması kimi amillərə əsaslanırdı. Prezident hesab edir ki, Ukrayna əhalisi üçün indi onu dəstəkləyən dövlətlərin tərəddüdü ucbatından çətin olacaq.
“Təbii ki, bu, əks-hücum əməliyyatlarının davam etdirilməsi üçün o qədər də əlverişli olmayan vəziyyət yaradır”, – deyə Pavel əlavə edib.
Mənbə: Corriere della Sera
www.102info.az