İranda yoxsulların 60%-i gənc və ali təhsilli insanlardır.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə iranlı iqtisadçı Davud Suri İran cəmiyyətində yoxsulluğun yayılmasının səbəbləri haqqında danışarkən bildirib.
Onun sözlərinə görə, bu barədə aparılan sosial araşdırmadan sonra məlum olub:
“Bu qədər insanın zəngin yaşamaq üçün bütün imkanlara malik olması, amma yoxsulluq içində yaşaması çox çətindir”, – deyə o bildirib.
Ekspert ölkədə ümumilikdə götürəndə hər üç nəfərdən birinin həyatı üçün minimum ehtiyacları təmin edə bilmədiyini və bunun təəssüf doğuran hal olduğunu vurğulayıb.
www.102info.az