Çirkli pulların yuyulmasına görə həbs edilən Dilan və Engin Polat cütlüyü ilə bağlı məhkəmə prosesini ilk gündən çox yaxından izləyən türkiyəli jurnalist İsmail Saymaz Dilan Polatdan məktub alıb.
Jurnalist həbsxanada intihar etmək istədiyi ilə bağlı xəbərlərdən sonra vəkili Hüseyn Kaya vasitəsilə Dilan Polata istintaqla bağlı 10 sual göndərib. Dilan Polat sualları cavablayıb və məktub şəklində İsmail Saymaza göndərib.
“Hörmətli İsmail bəy, vaxtım az olduğu üçün vəkilim Hüseynlə göndərdiyiniz suallara tam olaraq cavab verə bilmirəm.
Kədərimin ən böyük mənbəyi övladlarımı görə bilməməyimdir. Haqqımdakı haqsız ittihamlara qarşı aciz qalmağım da məni üzür. Amma Allah mənə dözmək üçün güc verir. Çöldəki həyatımla buradakı həyatım arasında kəskin ziddiyyət var. Xüsusilə son günlərdə bunun həyatın bir oyunu olduğuna inanıram”, – deyə Polat məktubunda bildirib.
“Kaş ki” dediyim məqamlarla bağlı daha obyektiv və səmimi məktub yazacağam. Övladınız nurunuz olsun. Uğurlarının davamlı olmasını arzu edirəm”, – deyə fenomen əlavə edib.
Mənbə: Onedio.com
www.102info.az