İranda 6,9 kq çəkidə uşaq dünyaya gəlib.
Bu barədə Məşhəd şəhərinin Rəzəvi xəstəxanasının ginekoloqu Negar Ramzanpur bildirib.
Onun sözlərinə görə, uşaq ağırçəkili olduğundan anaya qeysəriyyə əməliyyatı edilib.
“Əməliyyat uğurlu oldu. Çətinliklərə baxmayaraq, ananın fiziki vəziyyəti dərhal nəzarətə götürüldü”, – deyə o bildirib.
Həkim körpənin ailənin beşinci uşağı olduğunu qeyd edib:
“Ananın dediyinə görə, onun digər övladları normal çəki və təbii doğuşla dünyaya gəliblər. Qadın hazırda xəstəxanadan evə buraxılıb, onun səhhəti qənaətbəxşdir. Körpə isə reanimasiya şöbəsində müşahidə altındadır və ümumi vəziyyəti stabildir”, – deyə Ramzanpur bildirib.
Mənbə: Mehrnews.com
www.102info.az