Meksika Konqresinin senatoru: “Azərbaycan torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa edib”

Dünya


“Azərbaycan illər boyu işğala və soyqırımına məruz qalan tərəf olub, nəhayət, üç il öncə torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa edib”.

“Report” xəbər verir ki, bunu Meksika Konqresinin senatoru Navor Roxas Azərbaycan Milli Məclisinin deputatları ilə görüşü zamanı deyib.

Senator Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını bölüşüb, işğaldan azad edilmiş ərazilərdə erməni quldurlarının törətdikləri ağlasığmaz vəhşiliklərlə yanaşı, Azərbaycan hökuməti tərəfindən aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin, qısa müddət ərzində əldə edilmiş heyrətamiz nəticələrin şahidi olduğunu bildirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir