Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.
“Report”un məlumatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv turnirin II mərhələsində Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. “Qırmızı-qaralar” Qəbələdə gerçəkləşən ilk matçda rəqibinə 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Qəbələ” I təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu üstələyib – 1:1, 1:0.
www.102info.az