Baydenin reytinqi rekord minimuma düşdü

Dünya


ABŞ Prezidenti Co Baydenin fəaliyyətinin bəyənilməsi reytinqi müstəqil seçicilər arasında 27 faizə düşüb.

“Prezidentin əsas seçicilər qrupu tərəfindən az bəyənilməsi onun iqtisadiyyata, həmçinin israillilər və fələstinlilər arasındakı münaqişəyə yanaşmasından qaynaqlanır. Bayden bu səbəbdən müstəqil ekspertlərdən daha aşağı qiymət alıb”, – deyə bununla bağlı bildirilib.

Qeyd edək ki, Co Bayden ən aşağı qiyməti iqtisadiyyat (24 faiz) və ABŞ-nin İsraillə HƏMAS arasındakı münaqişədə iştirakı (25 faiz) məsələləri üzrə alıb. ABŞ lideri Ukraynadakı münaqişə (31 faiz) və səhiyyə (35 faiz) məsələlərində isə ən yüksək bal toplayıb.

Mənbə: “The New York Post”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir