Babül-Məndəb yaxınlığında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Carney” esminesi Qırmızı dəniz üzərində Yəməndən atılan pilotsuz təyyarəni vurub.
Belə ki, gəminin heyəti İran istehsalı olan “KAS-04” pilotsuz uçuş aparatını (PUA) təhlükə hesab edərək, onu vurub.
Qeyd edək ki, İsraillə HƏMAS qruplaşması arasında hərbi əməliyyatlar başlayandan sonra ABŞ gəmilərini Qırmızı dənizə göndərib.
Bir gün əvvəl İranın PUA-sı Fars körfəzində “USS Eisenhower” atom aviadaşıyıcısının rəhbərlik etdiyi ABŞ aviadaşıyıcı zərbə qrupundan cəmi 1,3 kilometr məsafədə uçub. PUA ABŞ tərəfinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayıb, lakin sonda geri dönüb. Hadisə beynəlxalq sularda baş verib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, vitse-admiral Bred Kuper bu hadisə ilə bağlı qeyd edib ki, PUA təyyarədaşıyandan 18,5 kilometdən çox məsafədə uçmasını tələb edən təhlükəsizlik standartlarını pozub.
Mənbə: Associated Press
www.102info.az