Bahar və Nihal Candan bacılarının qaldığı həbsxana otağına məşhurları aldadan şəxs gətirildi – FOTO

Dünya


Türkiyədə “Cinayət təşkilatına üzv olmaq” və “Cinayətdən qaynaqlanan mal varlığının yuyulması” ittihamları üzrə həbs edilən sosial media fenomenləri Bahar Candan və Nihal Candan bacılarının qaldığı həbsxana kamerasına gündəmdə olan digər şəxs gətirilib.  

Ötən həftə Silivri həbsxanasında yerləşdirilən Bahar Candan və Nihal Candan bacılarının kamerasına son günlər fırıldaqçılıq cinayəti ilə tanınan bank işçisi Seçil Erzan da yerləşdirilib.

Seçil Erzanın aralarında Fatih Terim, Buse Terim, Fatih Terimin kürəkəni Volkan Bahçekapılı, futbolçular Arda Turan, Ayhan Akman, Emre Belözoğlu, Semih Kaya, Hakan Ateş, Muslera, Selçuk İnan kimi adların olduğu 18 nəfəri yüksək gəlir vədi ilə aldatdığı iddia edilir.

“Fatih Terim Fondu” adı altında futbol dünyasından bəzi adlara və iş adamlarına qarşı yüksək qazanc vədi ilə fırıldaqçılıq etdiyi iddiası ilə onun 226 ilə qədər həbsi tələb edilir. Hazırda həbs edilən bank işçisi Mərmərənin Silivri həbsxanasına transfer edilib və Bahar-Nihal bacılarının kamerasına aparılıb.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir