UEFA Türkiyənin “Qalatasaray” klubunun iki futbolçusunu “Həftənin ən yaxşısı” nominasiyasına namizəd göstərib.
Bu barədə UEFA-dan açıqlama verilib.
Çempionlar Liqası A qrupunun 5-ci həftəsində qonaq olduğu “Mançester Yunayted”lə 3:3 hesabı ilə bərabərə qalan klubun oyunçuları Hakim Ziyeç və Kerem Aktürkoğlu performansları ilə seçiliblər və “Həftənin ən yaxşısı” uğrunda namizədlər sırasında yer alıblar.
Mərakeşli ulduz Hakim Ziyeç “Mançester Yunayted”lə oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib və “Həftənin oyunçusu”na namizəd göstərilib.
“Mançester Yunayted”lə oyunda “Qalatasaray”a 71-ci dəqiqədə 3:3 hesablı bərabərlik qazandıran Kerem Aktürkoğlu isə “Həftənin qolu” adı uğrunda 4 namizəd arasında yer alıb.



Mənbə: Haber Global
www.102info.az